Banka borcu olanların nəzərinə! Bu dələduzluğa aldanmayın…

İKT 08 iyul 2025, 12:37
"Azərbaycan Kredit Bürosunda (AKB) vətəndaşların kredit tarixçəsi "bal" ilə qiymətləndirilir. Bu nəticə yalnız yazılı və icazəli şəkildə banklar və bəzi qurumlar ilə paylaşılır. Kimsə sizə pul qarşılığında bu nəticəni dəyişəcəyini deyirsə, bu, ən başda nəticələrin qanunsuz şəkildə sızdırılması deməkdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib. 

O bildirib ki, ən əsas məsələ həmin şəxsin bunu etməsinin mümkün olmamasıdır:

"Bankda işləyən şəxslər də məlumatları sadəcə görə bilər, müdaxilə edə bilməz. Müəyyən məbləğ qarşılığında adınıza yüksək kredit götürə biləcəyini deyən şəxslər şəxsi məlumatlarınızı ələ keçirib dələduzluq məqsədilə kredit götürə bilər. Heç bir halda pul qarşılığında bu cür işləri gördüyünü iddia edən şəxslərə güvənmək olmaz".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top