“ChatGPT" kimi süni intellekt proqramları artıq iş mühitində aktiv şəkildə istifadə edilir, bu da müəyyən peşələrə təsirsiz ötüşmür. "Adzuna" iş axtarış platformasının araşdırmasına görə, "ChatGPT" chatbotunun işə salınmasından sonra Böyük Britaniya məzunları və kursantları üçün vakansiyaların sayı ən azı 31,9% azalıb. Süni intellektdən geniş istifadə işçilərin sayını azaltmaqla şirkətlərin səmərəliliyini artırmağa imkan verib. Beləliklə, təcrübəsi olmayan mütəxəssislər üçün iş tapmaq getdikcə çətinləşir. Bəs ölkəmizdə süni intellekt yaxın illərdə peşələrə, iş mühitinə təsir göstərəcək?
Mövzu ilə bağlı Demokrat.az-a danışan Natiq Cəfərli deyib ki, peşələrin yaranması və yoxa çıxması tarixi bir prosesdir, bundan qorxmaq lazım deyil:

“Tarix boyu belə olub, bəzi peşələr yaranıb, sonra yoxa çıxıb. Cəmi 60–70 il bundan qabaq telefonçu, liftçi qızlar var idi, indi yoxdur. XIX əsrin sonlarında Avropa şəhərlərində küçə fənərlərinin şamlarını yandıranlar var idi. Bu, tarixi bir prosesdir, bundan qorxmaq lazım deyil.
Azərbaycana bu təsir bir qədər gec çatacaq. Çünki özümüzün süni zəka ilə bağlı layihələrimiz yoxdur, hələ ki digər məhsullardan istifadə edirik.
Çox güman ki, bəzi peşələr sıradan çıxacaq, bəzi yeni peşələr yaranacaq. Düşünürəm ki, tərcüməçiliklə bağlı ciddi problem yaşanacaq. 1–2 ilə elə proqramlar olacaq ki, artıq onlayn qaydada sinxron tərcümələr edəcək, insan istədiyi dildə danışa biləcək. Bir çox peşələr üçün bu proses mümkündür. Əsas məsələ odur ki, Azərbaycanın təhsil sistemi buna hazır olsun”.
Cavidan Mirzəzadə
Demokrat.az