Repetitorluq fəaliyyəti məktəbi sıradan çıxarıb — Ekspert

GÜNDƏM 03 oktyabr 2025, 19:12
“Professor Şahlar Əsgərovun yaxşı bir sözü var, deyir, repetitorluq bizim təhsilimizin kürəyinə arxadan vurulan xəncər yarasıdır. Mən də müəllim olsaydım, repetitor olardım, amma hər şeyin bir yolu var, limiti var. Repetitorluğu tənqid edən kimi, onlar yazırlar ki, o qədər problemlər qalıb, repetitorların üstünə düşürsünüz. Bizim heç bir repetitorla şəxsi qərəzimiz yoxdur, amma bu "institut" artıq məktəbi sıradan çıxarır”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, uşaqların artıq təkcə böyük siniflərdən yox, hətta birinci sinifdən repetitor yanına getməsi məktəbin sıradan çıxması deməkdir:



“Deməli, müəllim məktəbi qəbul etmir, təhsilin keyfiyyətinə inanmır. Sevinirəm ki, bu ildən artıq bəzi məktəblərdə pulsuz repetitorluq kursları fəaliyyət göstərəcək. Yəni həmin məktəbin müəllimləri şagirdlərə pulsuz hazırlıq keçəcəklər. İnanıram ki, dünya təcrübəsində olduğu kimi, bu, bizim ölkədə də geniş yayılacaq. Güclü təhsil ölkəsi olmayan Braziliyada repetitorluğun qarşısı məhz belə alınıb”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 20:53
03 oktyabr 2025, 19:14
Top