
Amerika Birləşmiş Ştatları “TikTok” sosial şəbəkəsi ilə bağlı Çinlə razılığa gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya getməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“TikTok”la bağlı razılaşmamız var. Mən Çinlə razılığa gəldim”, - Ağ Evin rəhbəri bildirib. Tramp razılaşmanın təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi daha öncə “TikTok”un ölkədə bloklanması ilə bağlı qərar qəbul etmişdi.