Gürcüstan Aİ-nin vizasız rejimi dayandırmasını əsassız sayır

DÜNYA 16 sentyabr 2025, 23:54
Avropa İttifaqının Gürcüstanın vizasız rejimini dayandırması üçün heç bir hüquqi əsas yoxdur.

"Report" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti öz vətəndaşlarının bu imtiyazdan yararlanması üçün hər zaman vicdanla hər şeyi edib və edir.

"Bu gün Gürcüstan əhalisinin Avropa İttifaqının üzvü olan ölkələrə, Şengen zonasına vizasız gediş-gəlişinin olması tamamilə hakimiyyətin xidmətidir", - o bildirib.
Daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib ki, AK Gürcüstana qarşı sanksiyaların tətbiqi, eləcə də ölkə ilə vizasız rejimin ləğvi imkanlarını öyrənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 21:43
Top