Tramp: "Zelenski sövdələşməyə getməyə məcbur olacaq"

DÜNYA 16 sentyabr 2025, 19:42
"Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasındakı münaqişənin başa çatması üçün sövdələşməyə getməyə məcbur olacaq".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində deyib.

Tramp qeyd edib ki, bir ay əvvəl Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəticəsində bir çox məsələdə irəliləyiş əldə olunub. Lakin onun sözlərinə görə, "tanqo üçün iki nəfər lazımdır".

Ağ Ev rəhbəri, həmçinin Rusiya və Ukrayna liderlərinin danışıqlarında iştirak etməli olacağını istisna etməyib. O, bunu tərəflərin bir-birindən nifrət etmələri və eyni otaqda ola bilməmələri ilə əsaslandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 19:57
Top