Bu oyun və cizgi filmi xoşbəxtliyi artırır

MARAQLI 16 sentyabr 2025, 19:46

"The Legend of Zelda: Breath of the Wild" oyunu və "Studio Ghibli" cizgi filmlərinə baxmaq gənclər arasında xoşbəxtlik səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər.

Axşam.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələrini ABŞ Milli Tibb Kitabxanası dərc edib.

Tədqiqatda 518 magistratura tələbəsi iştirak edib. Onlar dörd qrupa bölünüblər. Birinci qrup yalnız "Breath of the Wild" oyununu oynayıb, ikinci qrup yalnız "Studio Ghibli" cizgi filminə baxıb, üçüncü qrup isə həm oyunu oynayıb, həm də filmlərə baxıb. Dördüncü qrup isə nə oyunu oynayıb, nə də filmlərə baxıb.

Nəticələr göstərib ki, oyunu oynayan tələbələr digərlərinə nisbətən özlərini daha xoşbəxt hiss ediblər. Ən yüksək xoşbəxtlik səviyyəsi isə oyun oynayanlarda və cizgi filmlərini izləyənlərdə müşahidə olunub.

Bu da o deməkdir ki, bəzi video oyunlar və media məhsulları əhval-ruhiyyəni yaxşılaşdırmaq və həyat məmnuniyyətini artırmaq üçün effektiv vasitə ola bilər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 19:57
Top