“Hazırkı vəziyyətdə tədris yükünün çox olması, qəbul sisteminin spesifikası və bölgələrdə fənn müəllimi çatışmazlığı təhsilin keyfiyyətinə birbaşa təsir göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, kimya, biologiya və coğrafiya kimi fənlər, xüsusilə də azkomplektli məktəblərdə ən az saatla tədris olunan fənlər sırasındadır:
“Şagird sayı 100-dən aşağı olan, paralel sinfi olmayan məktəblərdə bu fənlər üzrə dərs saatları cəmi 5-8 saat arasında dəyişir. Bu isə həmin fənlərin müəllimləri üçün tam ştatla işləmə imkanını məhdudlaşdırır. Nəticədə onlar regionda işləməkdə maraqlı olmur. Daha çox Bakı şəhərində kurslar və repetitorluqla məşğul olmağa üstünlük verirlər. Bu reallıq isə istər məktəb daxilində tədrisin keyfiyyətinə, istərsə də qəbul imtahanlarında nəticələrə ciddi təsir göstərir. Təəssüf ki, bu gün əldə olunan nəticələrin böyük əksəriyyəti məktəb təhsilindən yox, repetitor xidmətlərindən asılı vəziyyətə düşüb. Dövlət imtahan sistemi də uzun illərdir qruplar üzrə aparılır ki, bu yanaşma artıq aktuallığını itirib”.
Ekspert diqqətə çatdırıb ki, tələbələrin yalnız 5 %-i arzuladığı ixtisasa qəbul ola bilir:
“Çünki sistem onların arzu etdikləri konkret ixtisas üzrə yox, geniş qrup üzrə seçim etmələrini tələb edir. Halbuki gənclər konkret bir ixtisasa yönəlmək, o ixtisas üzrə hazırlaşmaq və yalnız həmin sahədə seçim aparmaq istəyirlər. Təklif olunur ki, qəbul imtahanları ixtisaslar üzrə həyata keçirilsin. Beləliklə, abituriyent yalnız bir ixtisas üzrə imtahan verər, həmin ixtisas üzrə tədris həyata keçirən bütün ali təhsil müəssisələrini seçmək imkanı əldə edər. Bu həm də məktəblərdə tədrisə marağı artırar, repetitorluqdan asılılığı azaldar və daha obyektiv nəticələrə gətirib çıxarar. Hazırda problemi yaradan səbəblər üzərində deyil, nəticələr üzərində müzakirə aparılır. Nəticələr isə dəyişkəndir və problemin kökünə toxunmadan bu dəyişikliklər qalıcı olmayacaq. Əsas məsələ problemi doğuran amilləri müəyyənləşdirib onları aradan qaldırmaqdır”.
Leyla Turan
Demokrat.az