
Müğənni Nadir Qafarzadənin oğlu Əzizin toyunda bəzi həmkarları ondan küsərək məclisi tərk edib.
Axşam.az xəbər verir ki, bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Həmin Zaur" verilişində danışıb. Buna səbəb isə toyda bəzi ifaçılara oxumaq üçün yer verilməməsi olub:
"Toy çox gözəl oldu, ssenari yox idi. Nadir bütün musiqiçilərin qonorarını da ödəyib. Amma buradan üzümü tuturam müğənnilərə. Sizi Nadir toya çağırıb ki, xoş günündə iştirak edəsiniz. Oxumadınız deyə, küsüb getmək nə deməkdir axı? Ayıbdır, utanmırsınız? Qonaq gəlmisən, pulunu sal, yeməyini ye, rəqs elə və şənlən. Biri ordan, biri buradan planşet göndərir ki, mənə oxumaq üçün yer ver. Mən kiməm ki? Özüm orada musiqiçi kimi oturmuşam. Orda bir-iki hörmətli qonaq var idi, özlərini onlara göstərmək istəyirdilər".
Qeyd edək ki, Nadir Qafarzadənin oğlu bir neçə gün əvvəl Sevil adlı xanımla ailə qurub.