
Aparıcı Mətanət Əliverdiyeva Maştağa qəsəbəsində 22 saylı orta məktəbin yerləşdiyi ərazidən gileylənib.
Axşam.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində təhsil ocağının yerləşdiyi həmin ərazidə kanalizasiya sisteminin olmadığını bildirib:
"Məktəbə gedən bütün birinciləri təbrik edirəm. Bu gün Maştağa qəsəbəsinə getmişdim. Orada 22 saylı orta məktəbin yanından keçəndə çox təəssüfləndim. Uşaqlar hamısı qəşəng, təzə paltarlar geyiniblər, amma dərsə gölməçənin içindən keçib gedirdilər. İki gün yağış yağış yağıb və ora gölməçə olub. Daha uşaqlar dərsə üzə-üzə gedərdilər. Maraqlandım və dedilər ki, 22 saylı orta məktəbin ərazisində kanalizasiya sistemi yoxdur. Belə şey olar? Buna bir tədbir görün. Hələ indi başlayıb, qarşıda bunun qışı, qarı var".