Ekspert: Yeni yol çəkməklə sıxlıq aradan qalxmayacaq

GÜNDƏM 15 sentyabr 2025, 20:13
“Yollarda tıxac artıq paytaxt sakinlərinin ən böyük gündəlik problemlərindən birinə çevrilib”.

Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.

Onun sözlərinə görə, insanlar işə, dərsə, görüşlərə gecikir, saatlarla yolda qalırlar:

“Bu, həm əsəb gərginliyi yaradır, həm də ölkə iqtisadiyyatına ciddi zərər vurur. Çünki hər dəqiqə yollarda itirilən vaxt, əslində, məhsuldarlığın azalması deməkdir. Tıxacın əsas səbəblərindən biri şəhərdə avtomobil sayının sürətlə artmasıdır. Hər il minlərlə yeni maşın yollara çıxır, amma yollar eyni qalır. Küçələrin dar olması, parklama qaydalarının pozulması, ictimai nəqliyyatın hələ də tam rahat və sürətli olmaması vəziyyəti daha da çətinləşdirir. Problemin həlli üçün ilk növbədə ictimai nəqliyyat gücləndirilməlidir. İnsanlar üçün metro, avtobus və digər nəqliyyat vasitələri əlverişli olsa, şəxsi avtomobilə ehtiyac azalacaq. Bunun üçün metro xətləri uzadılmalı, avtobusların sayı artırılmalı, daha müasir və rahat marşrutlar təşkil edilməlidir. Tıxac probleminin həlli yalnız yeni yol çəkməklə mümkün deyil. Bunun üçün kompleks yanaşma lazımdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 21:28
15 sentyabr 2025, 20:58
15 sentyabr 2025, 18:52
Top