“Xankəndidə erməniəsilli şəxsin təxribat törətmək istəməsi olduqca ciddi məsələdir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad etdikdən sonra orada yaşamış erməniəsilli insanlara rəsmi müraciət olunub, onlara vətəndaşlıq prosedurlarından keçərək yaşamaq hüququ verilib:
“Xeyli sayda erməni bundan faydalandı. Ancaq onlardan birinin gizli niyyətlə Azərbaycanda qalması, ictimai yerdə təxribat törətmək istəməsi onu göstərir ki, hələ də Azərbaycana qarşı çirkin niyyətdə olanlar var. Onun qarşısının alınması isə Azərbaycanın güc strukturlarının öz işinə necə məsuliyyətlə yanaşdığını göstərir.
Həmin şəxsin silahı haradan əldə etməsi, əlaqələri, eyni zamanda cinayətə hazırlıq məsələsi müvafiq qurumlar tərəfindən araşdırılacaq və bu şəxs layiqli cəzasını alacaq. Onun cinayətinin vaxtında qarşısının alınması Azərbaycana qarşı çirkin niyyətdə olanlara çox ciddi mesaj hesab edilə bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az