“Hazırda ali məktəblərdə tələbə yataqxanalarının çatışmazlığı ciddi sosial problemə çevrilib. 180 min tələbəyə qarşı cəmi 8 min yerin mövcud olması təhsilalanların böyük əksəriyyətini kirayə bazarına yönəldir”.
Bunu təhsil eksperti Əli Əhmədov Demokrat.az-a açıqlamasında deyib.
O deyib ki, bu isə həm maddi yük yaradır, həm də təhsil prosesinə dolayısı təsir edir:
“Əslində tələbə yataqxanası sadəcə yaşayış məkanı deyil, həm də gənclərin sosiallaşması, asudə vaxtını səmərəli keçirməsi, tədrisə fokuslanması üçün mühüm infrastruktur elementidir. Dövlətin prioritetlərindən biri gənclərin təhsil imkanlarını bərabər səviyyədə təmin etməkdirsə, yataqxana məsələsi də bu siyasətin əsas hədəflərindən biri olmalıdır. Dövlət-özəl tərəfdaşlığı, universitetlərin daxili imkanlarının səfərbər olunması, istifadəsiz qalmış inzibati binaların yataqxana kimi yenidən qurulması lazımdır. Tələbələr üçün kirayə subsidiyaları kimi kompleks yanaşmaya ehtiyac var. Yataqxana problemi həll edilməsə, sosial ədalətsizlik daha da dərinləşə bilər. İmkanı olan tələbə oxuyacaq, imkanı olmayan isə kirayə və məişət yükünə görə təhsildən yayınmaq məcburiyyətində qalacaq. Bu isə insan kapitalının inkişafına mənfi təsir edəcək”.
Leyla Turan
Demokrat.az