
Planetin ən varlı insanı İlon Mask, ona məxsus olan "Elon Musk Revocable Trust" fondu vasitəsilə rəhbərlik etdiyi "Tesla" şirkətinin iki milyondan çox səhmini hər biri 371-396 dollar arasında qiymətə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə interfax.ru məlumat yayıb.
Mask sentyabrın 12-də öz səhm paketini artırıb. Qeyd olunub ki, indi biznesmen 413 milyon səhmə sahibdir.
Səhmlər cümə günü 7.4% bahalaşıb, bu gün, sentyabrın 15-də onların dəyəri daha 6% artıb.
Bazarlardakı vəziyyət Maskın Donald Trampın yeni prezidentlik dövrünün ilk yarısında fəal şəkildə qoşulduğu siyasi fəaliyyətdən uzaqlaşması fonunda yaxşılaşır.
Avqustun əvvəlində "Tesla" milyarderə mükafat olaraq o zaman təxminən 29 milyard dollar dəyərində qiymətləndirilən 96 milyon səhm paketinin verilməsini təsdiqləyib. Mask bu paketi şirkətin CEO-su və ya icraçı vəzifəli şəxsi kimi daha iki il işlədiyi təqdirdə alacaq.