Ukraynanın Albaniyadakı səfiri infarkt keçirib

DÜNYA 14 sentyabr 2025, 23:44
Ukraynanın Albaniyadakı səfiri infarkt keçirib və xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Ukraynanın Albaniyadakı səfiri Vladimir Şkurov Korça rayonunda yerləşən Voskopoya turist kəndinə səfəri zamanı infarkt keçirib.

Səfirin sağlamlığı ilə bağlı problem yaranan kimi dərhal xəstəxana yerləşdirilib və orada ona ilk tibbi yardım göstərilib.

Hazırda diplomatın vəziyyətinin sabit olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 00:09
Top