Rusiyalı deputat Valuyev axtarışa verildi

DÜNYA 14 sentyabr 2025, 11:20
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Dövlət Dumasının deputatı və idmançı Nikolay Valuyev barəsində axtarış elan edib.

Demokrat.az bu barədə TASS-a istinadla xəbər verir.

Ağır çəkidə keçmiş dünya çempionuna qarşı ağır nəticələrə gətirib çıxaran "Ukraynanın ərazi bütövlüyünə qəsd" maddəsi ilə qiyabi ittiham irəli sürülüb.

Valuyev həmçinin Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 sentyabr 2025, 11:55
14 sentyabr 2025, 10:47
Top