Donald Tuskun həyat yoldaşının avtomobilini qaçıran şəxs saxlanılıb

DÜNYA 13 sentyabr 2025, 23:44
Polşa polisi Baş nazir Donald Tuskun həyat yoldaşına məxsus "Lexus" avtomobilini oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Həmin şəxs Bolqarıstana yola düşməzdən əvvəl Qdansk hava limanında saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs daha öncə dələduzluq və digər cinayətlərə görə həbs cəzası alıb.

Onun Polşa vətəndaşı, 41 yaşlı Sopot sakini olduğu üzə çıxıb. Şübhəli polis bölməsinə aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2025, 21:56
Top