Ən uzun yaşayanlar bu ölkədədir

DÜNYA 14 sentyabr 2025, 00:08

Yaponiya bu il də uzunömürlülərin sayına görə dünya rekordu müəyyən edib.

“Qafaqazinfo” xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyinin yayımladığı statistikada qeyd olunub.

Sentyabrın 1-nə olan rəsmi məlumata əsasən, ölkədə 99.763 nəfər 100 yaş və daha yuxarı yaşda insan yaşayır. Bu göstərici ilə Yaponiya ardıcıl 55-ci ildir ki, dünya lideridir.

Nazirliyin açıqladığı statistika göstərir ki, ilk dəfə 1963-cü ildə aparılan hesablamalarda ölkədə cəmi 153 nəfər 100 və daha yaşlı insan olub. 1981-ci ildə bu rəqəm 1.000-i, 1998-ci ildə 10.000-i, 2012-ci ildə 50.000-i, 2022-ci ildə isə 90.000-i ötüb. Bu il isə uzunömürlülərin sayı 100 minə yaxınlaşıb.

Qeyd edək ki, hazırda Yaponiyada hər 100 min nəfərə orta hesabla 80,58 uzunömürlü düşür. Ən yaşlı qadın 114 yaşlı Şigeko Kaqava Yamatokoriyama şəhərində, ən yaşlı kişi isə 111 yaşlı Kietaka Midzuno İvata şəhərində yaşayır. Bundan əlavə, bu il ərzində 52.310 yaponiyalı 100 yaşını qeyd edəcək.

Onu da əlavə edək ki, Yaponiyanın əhalisinin sayı 125 milyon nəfərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2025, 21:56
Top