Netanyahu HƏMAS rəhbərliyinin məhv edilməsində qətiyyətli olduqlarını bildirib

DÜNYA 13 sentyabr 2025, 21:36
Qətərdə yaşayan HƏMAS rəhbərləri Qəzza xalqının vəziyyətinə əhəmiyyət vermirlər.

"Report" xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, HƏMAS rəhbərliyi "müharibəni sonsuzadək uzatmaq üçün bütün atəşkəs cəhdlərini bloklayıb".

"Onlardan (HƏMAS rəhbərliyindən - red.) qurtulmaq isə bütün girovlarımızın azad olunmasının və müharibənin sona çatmasının qarşısındakı əsas maneəni aradan qaldırmaq deməkdir", -Netanyahu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2025, 21:56
Top