YapiKredi Müraciət Forması
Dünya

Tramp Ağ Evdə mühüm kadr dəyişikliyi edib - FOTO

Tramp Ağ Evdə mühüm kadr dəyişikliyi edib - FOTO

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Aparatında kadr dəyişikliyi ilə bağlı qərarını açıqlayıb. Belə ki, Ağ Ev Aparatı rəhbərinin müavini vəzifəsində çalışan Stiven Miller noyabrın 9-dan etibarən Aparat rəhbəri vəzifəsini icra edəcək.

Demokrat.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri bildirib ki, onun ən yaxın məsləhətçilərindən biri olan Miller yeni vəzifəsinə 2026-cı il noyabrın 9-da başlayacaq.

Tramp, həmçinin hazırkı Ağ Ev Aparatı rəhbəri Syuzan Uaylsın vəzifəsini tərk edəcəyini və onun siyasi fəaliyyəti ilə əlaqəli qeyri-hökumət təşkilatında fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Prezident Uaylsın Ağ Evdəki fəaliyyətini yüksək qiymətləndirərək, onun gördüyü işlərdən məmnunluğunu ifadə edib.

Tramp Ağ Evdə mühüm kadr dəyişikliyi edib - FOTO

NE
Nihadə Eyyubova