YapiKredi Müraciət Forması
Dünya

Putin: Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar noyabrın 10-da keçiriləcək

Putin: Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar noyabrın 10-da keçiriləcək

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyinə Ukrayna münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi dəstəyə və humanitar təşəbbüslərə verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

Demokrat.az xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ müşavirə zamanı danışıb.

Görüşdə noyabrın 10-da Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların təşkili məsələsi də gündəmə gəlib.

Rusiya lideri danışıqlar üçün platforma təqdim etməyə hazır olan BƏƏ rəhbərliyinə təşəkkürünü bildirib. O, həmçinin Əmirliklərin əsir və digər şəxslərin mübadiləsi də daxil olmaqla, humanitar məsələlərin həllində göstərdiyi yardımı xüsusi vurğulayıb.

NE
Nihadə Eyyubova