YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Keçmişi unuda bilməyən 3 bürc

Keçmişi unuda bilməyən 3 bürc

Astrologiyaya görə, bəzi bürclərin nümayəndələri keçmişdə yaşadıqları hadisələri unutmaqda və köhnə inciklikləri geridə qoymaqda çətinlik çəkirlər. Xüsusilə Xərçəng, Əqrəb və Qız bürcləri nostaljiyə meyillilikləri və hadisələri uzun müddət analiz etmələri ilə seçilirlər.

Astroloji şərhlərə əsasən, Xərçəng bürcü keçmişə ən çox bağlı olan bürclərdən hesab olunur. Onlar köhnə fotoşəkillərə, məktublara və xatirələrə xüsusi dəyər verirlər. Eyni zamanda, yaşadıqları inciklikləri uzun müddət unutmur və bağışlamaqda çətinlik çəkirlər.

Əqrəb bürcünün nümayəndələri isə emosiyalarını dərindən yaşamaqları ilə fərqlənirlər. Onlar qarşılaşdıqları hadisələri asanlıqla unutmur, xüsusilə incidildikləri zaman həmin hissləri uzun müddət daxilən yaşadırlar. Başqalarını və özlərini bağışlamaq onlar üçün çətin ola bilər.

Qız bürcü isə analitik düşüncəsi və detallara diqqəti ilə seçilir. Bu bürcün nümayəndələri keçmişdə baş verən hadisələri dəfələrlə təhlil edir, verdikləri qərarları sorğulayırlar. Bəzən illər əvvəl etdikləri seçimlərə görə peşmanlıq hissi keçirir və hadisələrin başqa cür inkişaf edə biləcəyini düşünürlər.

NE
Nihadə Eyyubova