YapiKredi Müraciət Forması
Mədəniyyət

"İnsan üçün bundan böyük xoşbəxtlik yoxdur"

İnsan üçün bundan böyük xoşbəxtlik yoxdur

"Daha bir yaşımı geridə qoydum. Hər yeni yaş insanın həyatına yeni düşüncələr, yeni baxışlar və daha çox müdriklik gətirir".

Demokrat.az xəbər verir ki, bu sözləri ad günü olan Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkədəki paylaşımında yazıb. O, zaman keçdikcə həyatın əsl dəyərini anladığını bildirib:

"Zaman keçdikcə insan həyatın əsl dəyərini, sevdiklərinin varlığını, səmimi münasibətləri və ən əsası, sahib olduğu gözəl anların qiymətini daha dərindən anlayır. Bu özəl günümdə məni xatırlayan, təbriklərini, xoş arzularını və sevgisini əsirgəməyən hər kəsə ürəkdən təşəkkür edirəm. Hər bir mesajınız, zənginiz, xoş sözünüz və diqqətiniz mənim üçün çox qiymətlidir. İnsan üçün bundan böyük xoşbəxtlik yoxdur ki, illər keçdikcə ətrafında sevgisini hiss etdiyi, varlığı ilə ona dəyər qatan insanlar olsun".

NE
Nihadə Eyyubova