YapiKredi Müraciət Forması
İdman

"Neftçi" "Kəpəz"ə qalib gəldi

Neftçi Kəpəzə qalib gəldi

Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz" komandası ilə üz-üzə gəlib.

Demokrat.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a səfərdə (0:1) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.

NE
Nihadə Eyyubova