YapiKredi Müraciət Forması
İdman

"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

Naxçıvan komandası Azərmaş Abşeronu 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində "Naxçıvan" və "Azərmaş Abşeron" komandaları arasında keçirilən qarşılaşma "Naxçıvan" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialının direktoru, Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev izləyiblər.

Oyunun sonunda Şahin Bağırov "Naxçıvan" komandasının üzvlərini qələbə münasibətilə təbrik edərək voleybolçulara gələcək yarışlarda uğurlar arzulayıb.

Görüşü tribunadan izləyən naxçıvanlı Ramil Əliyev doğma komandanın qələbəsini böyük sevinc və qürur hissi ilə qarşılayıb, idmançılara növbəti oyunlarda uğurlar və yeni nailiyyətlər arzulayıb. Qarşılaşmanın sonunda Ramil Əliyev voleybolçularla xatirə şəkilləri çəkdirib.

"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR
"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR
"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR
"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR
"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR
"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR
1 / 5

NE
Nihadə Eyyubova