YapiKredi Müraciət Forması
Sosial

Ağstafada qidadan zəhərlənənlərin vəziyyəti açıqlanıb

Ağstafada qidadan zəhərlənənlərin vəziyyəti açıqlanıb

Ağstafada 3 nəfər qidadan zəhərlənib.

TƏBİB-dən Demokrat.az-a bildirilib ki, noyabrın 6-da saat 13:10-da 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, zəhərlənənlər bir ailənin üzvüdürlər.

NE
Nihadə Eyyubova