YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Kızılcık Şerbeti"ndə ilk mövsümdən rol alan aktyor serialdan ayrılır

Kızılcık Şerbetində ilk mövsümdən rol alan aktyor serialdan ayrılır

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında növbəti ayrılıq yaşanıb. Ekran işinin ilk mövsümündən etibarən Yusuf obrazını canlandıran aktyor Vurgun Adayalı layihə ilə vidalaşmaq qərarına gəlib.

Demokrat.az xəbər verir ki, aktyor ayrılıq barədə "Instagram" hesabında paylaşım edib. O, serialın beşinci mövsümündə ssenarinin gedişatına uyğun olaraq Yusuf obrazına vida etdiyini bildirib.

Qeyd edək ki, Yusuf uzun müddət Ünal ailəsinin şirkətində çalışan, ailənin etibar etdiyi şəxslərdən biri kimi tanınıb. Lakin beşinci mövsümdə Asillə əməkdaşlığa başlayan obraz Ünal ailəsi ilə yollarını ayırıb.

Vurgun Adayalı paylaşımında Yusuf obrazının onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Aktyor çəkiliş komandası, ssenaristlər, rejissorlar və həmkarlarına təşəkkür edib, obrazı sevərək izləyən tamaşaçılara minnətdarlığını bildirib.

Bununla da serialda aktyor heyətində dəyişikliklər davam edir. Daha əvvəl Murat Aygen və Dila Danışmanın da layihədən ayrılacağı açıqlanmışdı. Beləliklə, Yusuf obrazının gedişi ilə serialı tərk edən aktyorların sayı üçə çatıb.

Kızılcık Şerbetində ilk mövsümdən rol alan aktyor serialdan ayrılır