YapiKredi Müraciət Forması
İqtisadiyyat

Qızıl almaq istəyənlərin nəzərinə

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Demokrat.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub.

"COMEX"də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,83% azalaraq 51,94 dollar təşkil edib.