Son sutkada on minlərlə fələstinli Qəzzadan təxliyə edilib

DÜNYA 13 sentyabr 2025, 22:57

Son sutka ərzində on minlərlə fələstinli Qəzza şəhərindən təxliyə edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.

Bildirilib ki, hesablamalara görə, son həftələrdə şəhəri tərk edənlərin ümumi sayı təxminən 280,000 nəfərə çatıb.

Qeyd edək ki, İMQ-nin Qəzzaya genişmiqyaslı hücuma hazırlaşmasından əvvəl burada təxminən 1 milyon fələstinlinin yaşadığı təxmin edilirdi.

Mülki şəxslərə Qəzza zolağının cənubunda İsrail tərəfindən müəyyən olunmuş humanitar zonaya doğru hərəkət etmələri göstərişi verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2025, 21:56
Top