Külli miqdarda narkotik vasitə aşkar edilib

HADİSƏ 14 sentyabr 2025, 10:12
Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Türkiyəyə etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.

Dövlət Gömrük Komitəsindən Demokrat.az-a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 sentyabr 2025, 11:55
14 sentyabr 2025, 10:47
14 sentyabr 2025, 09:07
14 sentyabr 2025, 09:00
Top