Naxçıvanda qəza: Xəsarət alanlar var

HADİSƏ 14 sentyabr 2025, 23:58
Naxçıvanda avtomobil aşıb, 2 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində baş verib.

75-CB-211 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və sərnişin, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 00:09
Top