Avtoyuma işçiləri arasında bıçaqlaşma — TƏFƏRRÜAT

KRİMİNAL 15 sentyabr 2025, 20:06
Bakının Binəqədi rayonunda avtoyuma məntəqəsində iki nəfər arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin aprelin 30-da rayonun DSK yolunda yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib. 

Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Əmrah həmin gün saat 18 radələrində yuyucu vəzifəsində işlədiyi avtomobilyuma məntəqəsinin qarşısında yaxınlıqda yerləşən digər avtoyuma məntəqəsində eyni vəzifədə işləyən Həmidlə mübahisə edib. O, zərərçəkmiş şəxsin işlədiyi məntəqənin müştərilərini əldə etməyə cəhd göstərməsini bəhanə edib, heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub. 

Əmrah bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrindən vurub və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından həbs edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi bininci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilməsini istəyib. 

Müdafiəçi həmçinin bildirib ki, zərərçəkmiş tərəfindən müvəkkilinə qarşı maddi və mənəvi tələbi olmayıb. O, müvəkkilinin zərərçəkənlərə barışdığını deyib. 

Müdafiəçi Cinayət Məcəlləsinin 73-cü maddəsini əsas götürməklə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. 

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsində işi araşdıran hakimlər heyəti müdafəçinin şikayətini haqlı hesab etməyiblər və Binəqədi Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıblar. 

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 21:28
15 sentyabr 2025, 20:58
15 sentyabr 2025, 18:52
Top