Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında görüş başlayıb.
Demokrat.az xəbər verir ki, tərəflər Ankarada yerləşən Prezident Külliyəsində bir araya gəliblər. Görüşün mətbuata qapalı keçirildiyi bildirilir.
Müzakirələr zamanı Türkiyənin daxili və xarici siyasətindəki son vəziyyətin, eləcə də "Terrorsuz Türkiyə" və "Terrorsuz Region" təşəbbüslərinin gündəmə gətiriləcəyi gözlənilir.
Bundan başqa, tərəflərin Şərqi Aralıq dənizindəki strateji məsələləri və hakim Cümhur İttifaqının gündəliyində yer alan digər mövzuları müzakirə edəcəyi ehtimal olunur.
Ərdoğan və Baxçalı arasında qapalı görüş keçirilir - FOTOLAR
Jalə


