Türkiyə iş dünyasının gənc nümayəndələrindən M. Emir Öztürk və Cemre Gül İstanbulun tarixi məkanlarından biri olan Esma Sultan Yalısında keçirilən təntənəli mərasimlə ailə qurublar.
Demokrat.az xəbər verir ki, oktyabrın 10-da baş tutan toy mərasimində iş, incəsənət və cəmiyyət həyatından tanınmış simalar, eləcə də cütlüyün ailə üzvləri və yaxın dostları iştirak ediblər.
İstanbul boğazının mənzərəsi fonunda təşkil olunan kokteyllə başlayan gecə qonaqların iştirakı ilə davam edib. Tarixi yalının özünəməxsus atmosferində nikah mərasimi keçirilərkən cütlük bir-birinə "hə" deyib.
Nikahdan sonra qonaqlar axşam yeməyinə dəvət olunublar. Boğazın işıqları altında davam edən şənlik gecə saatlarınadək sürüb.
İstanbulda iş adamının dəbdəbəli toy mərasimi keçirildi - FOTOLAR
İstanbulda iş adamının dəbdəbəli toy mərasimi keçirildi - FOTOLAR
Jalə


