Hakimlərin sosial şəbəkələrdən istifadə qaydaları sərtləşdirilir.
Demokrat.az-ın Trend-ə istinadən məlumatına görə onlardan məhkəmə sisteminin nüfuzuna kölgə salacaq paylaşımlardan uzaq durmaq tələb olunur.
Sosial media hesablarında statusa uyğun davranmaq və profili buna görə tənzimləmək vacibdir.
Başqalarının paylaşımlarına yazılan şərhlər və atılan bəyənmələr də diqqətdə saxlanılmalıdır.
İcraatda olan və ya gələcəkdə baxılacaq işlərə təsir edəcək açıqlamalar vermək qadağan edilir. Rəsmi məlumatlar yalnız məhkəmənin media üzrə məsul hakimi tərəfindən yayılmalıdır. Siyasi qərəzlilik yaradan paylaşımlar da qadağan olunur.
Beləliklə, hakimlər sosial şəbəkələrdə daha ehtiyatlı davranmalıdırlar.


