Azərbaycan Dəmir Yolları (ADY) 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində müntəzəm sərnişindaşıma xidmətinin təşkili planlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə ADY-nin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, Çinin "CRRC Zhuzhou Locomotive" şirkətindən alınacaq yeni qatarlar qurumun sərnişindaşıma imkanlarını genişləndirəcək. Qatarların parka daxil edilməsi ilə resursların artırılması və qeyd olunan istiqamətlərdə sərnişindaşıma xidmətinin mərhələli şəkildə qurulması nəzərdə tutulur.


