Sosial şəbəkələr məşhurlar üçün böyük gəlir mənbəyinə çevrilib. Xüsusilə Instagram-da reklam xarakterli hekayələr və sponsorlu paylaşımlar vasitəsilə qazanılan məbləğlər diqqət çəkir.
Demokrat.az xəbər verir ki, türkiyəli aktrisa Hande Erçelin cəmi 24 saat yayımlanan bir hekayə paylaşımı üçün yüz minlərlə lirə tələb etdiyi iddia olunur.
Türkiyə mediasının məlumatına görə, Hande Erçelin bir reklam xarakterli hekayə paylaşımının qiyməti 500 min-700 min Türkiyə lirəsi arasında dəyişir.
Dünya ulduzlarının sosial şəbəkələrdən əldə etdiyi reklam gəlirləri isə milyonlarla dollarla ölçülür. Portuqaliyalı futbolçu Kriştiano Ronaldunun bir sponsorlu paylaşım və ya hekayə üçün təxminən 3,4 milyon dollar qazandığı təxmin edilir.
Argentina millisinin kapitanı Lionel Messinin bir reklam paylaşımından 2,5-2,7 milyon dollar, müğənni Selena Qomezin isə təxminən 2,5 milyon dollar gəlir əldə etdiyi bildirilir. Model və iş qadını Kayli Cennerin qazancının 2,4 milyon dollar, aktyor Dueyn Consonun isə 2,3 milyon dollar civarında olduğu qeyd olunur.
Ariana Qrandenin bir paylaşımının 2,1-2,2 milyon dollar, Beyonsenin isə 1,8-1,9 milyon dollar qazandığı təxmin edilir. Castin Biber və Xloi Kardaşyan da sosial şəbəkələrdən yüksək reklam gəliri əldə edən məşhurlar sırasındadır.
Instagram hekayələri cəmi 24 saat aktiv qalsa da, milyonlarla istifadəçiyə qısa müddətdə çatmaq imkanı reklamverənlər üçün bu formatı cəlbedici edir. Beləliklə, məşhurların sosial media hesabları şəxsi paylaşımlarla yanaşı, böyük büdcələrin dövr etdiyi reklam platformalarına çevrilib.
Jalə


