"Süni intellektin inkişafından sonra nələrin baş verəcəyini dəqiq bilmirik".
Demokrat.az xəbər verir ki, bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Türkiyənin Bilişim Vadisi texnologiya və sahibkarlıq ekosisteminin baş icraçı direktoru Erkam Tüzgen deyib.
Onun sözlərinə görə, bu gün ən yaxşı proqram təminatı mütəxəssisləri belə əvvəlki kimi işləmirlər, çünki kod yazmaqda əsas işi süni intellekt yerinə yetirir:
"Eyni dəyişikliklər gələcəkdə digər sahələrdə də baş verə bilər. Yəqin ki, bu barədə bir qədər sonra daha ətraflı danışacağıq.
Oyun ekosisteminə qayıdaraq qeyd edim ki, sizin də vurğuladığınız kimi, biz fond yaratmış və bu sahədəki mütəxəssisləri maliyyələşdirmişik".
Müəllif: Fidan Hacızadə


