YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

"Layihənin uğursuz olacağını düşünənlər də var idi"

Layihənin uğursuz olacağını düşünənlər də var idi

"Bu gün dünyaya baxışımızı formalaşdıran amillərdən biri də izlədiyimiz filmlərdir. Filmlərin böyük hissəsi Hollivud istehsalı olduğu üçün Yaxın Şərqə, hətta Azərbaycana münasibətimiz də müəyyən mənada həmin ekran əsərlərində yaradılan obrazlarla formalaşır. Yəni uzun müddət mərkəzləşmiş istehsal sistemi səbəbindən dünyanı başqalarının gözü ilə görmüşük".

Demokrat.az xəbər verir ki, bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Alem Entertainment GP şirkətinin təsisçisi və baş icraçı direktoru Yernur Rysmagambetov bildirib.

Onun sözlərinə görə, hər bir ölkə, xalq və mədəniyyət hekayəsini özü danışmağa can atır:

"Məsələn, biz də düşündük ki, niyə Qazaxıstandan danışmayaq, niyə bu ölkəni dünyaya özümüz tanıtmaq üçün addımlar atmayaq? Niyə Qazaxıstan haqqında başqaları danışmalıdır? Düşünürəm ki, hazırda Azərbaycan da daxil olmaqla, regionun kiçik ölkələri və Yaxın Şərq dövlətləri yaradıcı sənayelərini inkişaf etdirməyə böyük maraq göstərirlər. Məqsəd formalaşmaqda olan yeni dünyada öz səslərini eşitdirməkdir. Sahibkarlıq baxımından da bu istiqamətdə praktiki təcrübəmiz olub. Qazaxıstan və Azərbaycanda film çəkilişi həyata keçirmişik. Bu proses zamanı əvvəllər görülməmiş işlərdən qaynaqlanan çoxsaylı boşluqlarla qarşılaşdıq. Buna görə də həmin fikirlə razıyam: bu cür layihələr müəyyən risklər daşıyır və həmin riskləri üzərinə götürmək üçün bəzən məlumatın və təcrübənin yetərli olmadığı şəraitdə də addım atmaq lazımdır".

Yernur Rysmagambetov əlavə edib ki, bu sahədə institusional dəstək və müxtəlif təşəbbüslər mövcuddur:

"Layihənin uğurlu olacağını göstərən yüzlərlə səbəb sadalamaq mümkün idi. Eyni zamanda, layihənin uğursuz olacağını düşünənlər də var idi. Ancaq məncə, əsas uğur amili həmin müzakirədə də qeyd edildiyi kimi, insan amili oldu. Burada şəxsi münasibətlər, qarşılıqlı əlaqələr və prosesdə birbaşa iştirak mühüm rol oynadı".

Müəllif: Fidan Hacızadə

Editor
Redaktor