YapiKredi Müraciət Forması
Cəmiyyət Avto

Maşında telefondan istifadəni kameralar müəyyənləşdirəcək — Yenilik

Maşında telefondan istifadəni kameralar müəyyənləşdirəcək — Yenilik

Sürücülərin nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etməsi və avtomobildə qanunsuz reklam yerləşdirməsinə görə cərimələrin tətbiqi mexanizmi dəyişdirilir. İnzibati Xətalar Məcəlləsinə təklif olunan müvafiq dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub.

Qanun layihəsinə əsasən, sözügedən inzibati xətalar foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə avtomatik rejimdə aşkar ediləcək. Bu halda icraatın aparılması ənənəvi qaydada deyil, elektron və sadələşdirilmiş prosedura uyğun həyata keçiriləcək.

Qanunvericiliyə görə, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edilməsinə görə 50 manat məbləğində cərimə tətbiq olunur. Müvafiq icazə olmadan və ya qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklam yayımlanmasına görə də fiziki şəxslər üçün 50 manat cərimə nəzərdə tutulur.

Beləliklə, qayda pozuntularının saxlanılmadan kameralar vasitəsilə təsbit edilməsi təmin olunacaq.

Editor
Redaktor