YapiKredi Müraciət Forması
Kriminal Özəl

Ərini polisə verən qadın hakim qarşısında qərarını dəyişdi

Ərini polisə verən qadın hakim qarşısında qərarını dəyişdi

Bakının Xətai rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, M.Hadi küçəsində baş verib. Masallı rayon sakini, 1996-cı il təvəllüdlü Tahir yaşadığı mənzilin dəhlizində arvadı Zibeydə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Tahir ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadının baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri endirərək onu döyüb və xəsarət yetirib.

Faktla bağlı Tahir barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən qadın ərini bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.

Müəllif: Fariz Məlikli

Bəxtiyar Umarlı
Managing Editor