Astara rayonunda 51 yaşlı kişi qardaşı oğluna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Əkbər ailə münaqişəsi zəminində qardaşı oğlu Əhmədlə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, 51 yaşlı kişi yaşadıqları məhəllədə evinin qarşısında qardaşı oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edərkən onun sol göz nahiyəsinə yumruq zərbəsi endirərək xəsarət yetirib.
Faktla bağlı Əkbər barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib. Zərərçəkmiş şəxs də ifadəsində əmisinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Müəllif: Fariz Məlikli


