Seçkilərə qədər Paşinyan erməniləri sülhə hazırlamalıdır — AÇIQLAMA

GÜNDƏM 15 sentyabr 2025, 17:58
“Ermənistanda, şübhəsiz ki, Azərbaycanla sülhün və normallaşmanın əleyhdarları kifayət qədər çoxdur. Onlar Paşinyana təzyiq göstərərək bu prosesi əngəlləmək niyyətindədirlər. Keçirilən sorğular da göstərir ki, Ermənistan cəmiyyətində əhalinin əhəmiyyətli hissəsi sülhün və Zəngəzur məsələsinin əleyhinədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, seçkilərə və referenduma qədər xeyli zaman var və o vaxta qədər Paşinyan hakimiyyəti erməni cəmiyyətini bu proseslərə hazırlamalıdır:

“Ermənistanda rasional düşünən kəsim Azərbaycan və Türkiyə ilə normallaşmanın şərt olduğunu anlayır və bununla hesablaşır. Əgər erməni cəmiyyəti referendumda konstitusiya dəyişikliyinin əleyhinə səs verəcəksə, bu, o deməkdir ki, iki ölkə arasında sülh sazişi imzalanmayacaq və bundan ən çox əziyyət çəkən Ermənistan olacaq, dalan ölkə statusunda qalmağa davam edəcək”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 18:52
Top