Bu gün Bakının Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.
Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsində bəzi ərazilərin və Ümid qəsəbəsinin, Nəsimi rayonunun N.Yusifbəyli, Novruzov qardaşları, A.Səhhət, Mərdanov qardaşları və M.Sənani küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


