YapiKredi Müraciət Forması
Özəl Sosial

Yeni sistem kupçasız evlərin taleyini dəyişəcək?

Yeni sistem kupçasız evlərin taleyini dəyişəcək?

Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqləyib. Yeni platformada daşınmaz əmlaka dair məlumatlar vahid bazada toplanacaq. İqtisadiyyat Nazirliyi 18 ay ərzində mövcud sənədlərin sistemə daxil edilməsini və torpaqların elektron kadastr məlumatlarının yeni platformaya köçürülməsini təmin edəcək. Bundan sonra köhnə sistemin fəaliyyəti dayandırılacaq.

Yeni sistem kupçasız evlərin sənədləşdirilməsinə necə təsir edəcək və bu evlərin taleyi necə olacaq?

Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, yeni sistemin kupçasız evlərin sənədləşdirilməsinə birbaşa aidiyyəti yoxdur.

Yeni sistem kupçasız evlərin taleyini dəyişəcək?

Onun sözlərinə görə, gələcəkdə sənədləşdiriləcək əmlaklar elektron kadastr sistemində də öz əksini tapacaq:

"Ölkədə torpaqların texniki uyğunsuzluğu ilə bağlı ciddi problemlər mövcuddur. Belə ki, bir sıra ərazilərdə torpaqların faktiki sərhədləri mövcud sənədlərdə göstərilən koordinatlarla üst-üstə düşmür. Bəzi ərazilərdə bu uyğunsuzluq hətta 300-400 metrə çatır. Faktiki olaraq, vətəndaşların əlində torpağa dair çıxarışlar və müasir koordinatlar olsa da, həmin koordinatlar bəzən ərazinin real vəziyyətinə uyğun gəlmir. Söhbət yalnız böyük kənd təsərrüfatı təyinatlı torpaqlardan getmir. Belə torpaqlarda bir neçə metrlik sürüşmə belə ciddi fərq yarada bilər. Bu cür problemlər sənədlərin uyğunsuzluğuna, bəzi hallarda isə vətəndaşların öz torpaqlarına sahiblik hüquqlarını həyata keçirməkdə çətinlik çəkməsinə səbəb olur. Yeni sistem bu problemlərin heç olmasa qismən aradan qaldırılmasına kömək edə bilər".

Elnur Azadov əlavə edib ki, digər mühüm problem bələdiyyə torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlıdır:

"Qonşu bələdiyyə vahidlərinin sərhədləri arasında da ciddi uyğunsuzluqlar mövcuddur. Bu isə bələdiyyələrin mülkiyyətində və istifadəsində olan torpaqların sərhədlərini dəqiq müəyyənləşdirməsinə mane olur".

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir