YapiKredi Müraciət Forması
Region

Ermənistan Prezidentinin vəziyyəti yaxşı deyil — KİV

Ermənistan Prezidentinin vəziyyəti yaxşı deyil — KİV

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətinin son həftələrdə dərəcədə pisləşdiyi iddia olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Xaçaturyan oktyabrın 27-də planlaşdırılan tədbirlərdə iştirak etməyib. O, İrəvanda keçirilən COP-17 iqlim sammiti çərçivəsində təşkil olunan bir sıra tədbirlərdə də görünməyib. Bundan əlavə, prezidentin İspaniya və Səudiyyə Ərəbistanından olan yüksək səviyyəli qonaqların qarşılanma mərasimində iştirak etmədiyi bildirilir.

Qəzetin iddiasına əsasən, dövlət başçısı son vaxtlar tez-tez iqamətgahında olmur. Nəşr mənbələrinə istinadən Xaçaturyanın uzun müddətdir səhhətində problemlər olduğunu və onun xarici görünüşündə ciddi dəyişikliklər müşahidə edildiyini yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediasında Vaaqn Xaçaturyanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi və əməliyyat olunduğu barədə məlumatlar yayılmışdı.

Prezidentin səhhətinin hazırkı vəziyyəti ilə bağlı bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.