YapiKredi Müraciət Forması
Region

Avropa İttifaqı Ermənistanda hərbi düşərgə tikdirir

Avropa İttifaqı Ermənistanda hərbi düşərgə tikdirir

"Hərbi təlim düşərgələrindən birində 25 günlük ehtiyatda olan hərbi qulluqçuların toplanışında iştirak edən şəxslərin 10 günlük hazırlıq keçəcəyi çadır şəhərciyi tikilir".

Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı bildirib.

O, həmin ərazidə sosial-məişət və yaşayış şəraitinin kifayət qədər yüksək səviyyədə təmin ediləcəyinə əminlik ifadə edib.

Papikyan layihəyə Avropa İttifaqının Sülh Fondu mexanizmləri vasitəsilə maliyyə dəstəyi göstərdiyini açıqlayıb.

Erməni nazirin sözlərinə görə, təlim toplanışları iştirakçıların hərbi ixtisaslarına uyğun şəkildə təşkil olunur.

"Bununla yanaşı, biz iştirakçıların mülki bilik və bacarıqlarının orduda tətbiqinə daha çox diqqət yetirməyə çalışırıq", - deyə erməni nazir əlavə edib. (Ordu.az)