YapiKredi Müraciət Forması
Region Özəl

Mirzoyan Bordyujaya cavab verdi: "Ermənistan KTMT-yə qayıtmaq niyyətində deyil"

Mirzoyan Bordyujaya cavab verdi: Ermənistan KTMT-yə qayıtmaq niyyətində deyil

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin keçmiş baş katibi Nikolay Bordyujanın bəyanatına münasibət bildirib.

Demokrat.az-ın məlumatına görə, Mirzoyan oktyabrın 28-də keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən Bordyujanın fikirlərinə toxunub.

"Biz bu qurumun fəaliyyətində iştirakımızı çoxdan dayandırmışıq və üzvlüyümüzü dondurmuşuq. Əgər digər üzvlər və ya Baş Katiblik - hərçənd Katibliyin buna nə dərəcədə səlahiyyətli olduğuna belə əmin deyiləm - hansısa şərhlər verirlərsə, sadəcə vaxtlarını hədər edirlər. Biz mövqeyimizi dəyişməyəcəyik və KTMT-yə qayıtmağımızı da nəzərdən keçirmirik", – deyə Ermənistanın xarici işlər naziri bildirib.

Xatırladaq ki, Bordyuja daha əvvəl Ermənistanın KTMT-dən xaric edilməli olduğunu irəli sürmüşdü.

Alparslan

Editor
Redaktor