Bir dövrün məşhur serialı "Hayat Bilgisi"ndə Ürperi obrazını canlandıran Ceren Soylu illər sonra yeni görünüşü ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq olan 56 yaşlı aktrisa ağarmış saçlarını gizlətmədən fotosunu sosial şəbəkədə paylaşıb. Onun təbii görünüşü izləyicilərin diqqətini çəkib.
Ürperi obrazı ilə tanınmışdı
Gani Müjdenin ssenarisini yazdığı və 2003-cü ildə yayımlanmağa başlayan "Hayat Bilgisi" serialı məktəb həyatından bəhs edirdi. Ceren Soylunun canlandırdığı Ürperi obrazı özünəməxsus danışıq tərzi və davranışları ilə tamaşaçıların yaddaşında qalıb.
Ağarmış saçları diqqətdən yayınmadı
Uzun müddətdir televiziya ekranlarında nadir hallarda görünən aktrisanın son paylaşımı serialın pərəstişkarları arasında maraq doğurub. Saçlarındakı ağları gizlətməyən Soylunun təbii görünüşü və illər ərzindəki dəyişimi müzakirələrə səbəb olub.
Ceren Soylu kimdir?
1970-ci ildə İstanbulda anadan olan Nigar Ceren Soylu aktyorluq karyerasına 1994-cü ildə "Şehnaz Tango" serialında Gülşen obrazı ilə başlayıb.
Aktrisa 2003-cü ildə "Hayat Bilgisi"ndə canlandırdığı Ürperi rolu ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınıb. O, karyerası ərzində "Pis Yedili", "Gönül Ferman Dinlemiyor", "Koyu Kırmızı", "İşler Güçler", "Yıldızlar Şahidim", "Tehlikeli Karım" və "Barbaroslar" kimi seriallarda da rol alıb.




