YapiKredi Müraciət Forması
Mədəniyyət

"Mədəniyyət mərkəzdə: ortaq gələcəyə etibarlı yollar" mövzusunda plenar sessiya təşkil olunub - FOTOLAR

Mədəniyyət mərkəzdə: ortaq gələcəyə etibarlı yollar mövzusunda plenar sessiya təşkil olunub - FOTOLAR

Oktyabrın 27-də Heydər Əliyev MərkəzindəVII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyət mərkəzdə: "SECURE" ilə ortaq gələcəyə etibarlı yollar" mövzusunda plenar sessiya keçirilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə keçirilən sessiyada mədəni irsin bərpası, mədəniyyət mərkəzli dirçəliş, mədəni müxtəlifliyin qorunması və davamlı inkişafın təşviqi məsələləri müzakirə olunub.

Sessiyada BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə mədəni irsin bərpasında autentikliyin, keyfiyyətin və yerli icmaların iştirakının təmin olunması, mədəniyyətin davamlı inkişaf və sülhə töhfəsinin artırılması, eləcə də beynəlxalq təcrübə və bilik mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Çıxışlardan sonra ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın İslam İrsi Siyahısına salınmış Ağdamın "İmarət" Tarix-Memarlıq Muzey-Kompleksi və Şuşa Şəhəri Dövlət Tarix-Memarlıq Qoruğu ilə bağlı sertifikatları Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edib.

Sessiya çərçivəsində həmçinin mədəni irs nümunələrinin və icma əsaslı dirçəliş təşəbbüslərinin təqdim olunduğu videoçarx nümayiş etdirilib.

1 / 9

NE
Nihadə Eyyubova